SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Goranboy rayonunda canavar sürüsü kəndə hücum edib. 

"Report"un məlumatına görə, hadisə gecə saatlarında Məşədiqaralar kənd sakini Abuzər Hüseynova məxsus təsərrüfatda baş verib.
Belə ki, yırtıcılar bir uzunqulağı parçalayıb və bir atı isə yaraılıyıb. Qonşuları köməyə çağıran ev sahibi yaxınlıqda olan atı yırtıcılardan xilas edib.
A.Hüseynov bildirib ki, son günlər həm otlaq sahələrinə həm də həyətlərə yırtıcılar tez-tez hücüm edir. Onun sözlərinə görə, son 3 ayda canvarlar üç ulaq və bir neçə xırdabuynuzlu heyvanını parçalayıb. 

Kənd sakinləri canavarların insanlara hücum edə biləcəyindən narahat olduqlarını bildiriblər.
 
BAKU.WS