SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycanın xalq artisti, məşhur kaman ustası Habil Əliyevin vəziyyəti qəfil pisləşib. Qonşularının BAKU.WS-ə verdiyi məlumata görə, gecə saatlarından xalq artistinin səhhətində problemlər yaranıb. Onun üçün bir neçə dəfə həkim çağırılıb.

Hazırda Abbas Səhhət küçəsi 59/61, mənzil 88 ünvanında yaşayan Habil Əliyevin həyatını xilas etmək üçün həkimlər əllərindən gələni edirlər.

Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub. Elə həmin vaxtdan da meylini kamana salıb. Yeddinci sinifi və həm də musiqi məktəbini bitirəndən sonra pedaqoji məktəbə daxil olub

Habil Əliyev 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirrlərini öyrənməyə başladı. Habilin ifaçılığı bəstəkar Soltan Hacıbəyovun da diqqətindən yayınmamışdı. Bəstəkar, Habilin potensial imkanlarını nəzərə alıb ona filarmoniyada işləməyi məsləhət görüb. O vaxtlar filarmoniyanın direktoru olan Şəmsi Bədəlbəyli, bədii rəhbər Soltan Hacıbəyov, Niyazi, Səid Rüstəmov Habilin ifasında bir muğama və xalq mahnısına qulaq asdılar və çox razı qaldılar. Beləliklə, Habil Əliyev 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayır. Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sənətkarların konsertlərində müşayiətçi olan Habil Əliyev həvəslə onların ölməz irsindən bəhrələnir, daha səylə çalışır, saatlarla məşqdən yorulmurdu.

Habil Əliyev 1954-cü ildə Şərqiyyə xanım ilə ailə həyatı qurub, üç qız və bir oğul atasıdır

Habil Əliyev 1964-cü ildə Azərbaycan SSR Əməkdar artisti, 1978-ci ildə  — 29 iyun 1964 Azərbaycan SSR Xalq artisti adı il təltif olunub.

Ziya Səccad
BAKU.WS