SİZİN REKLAM BURADA!
055 213 76 73


Son iki həftədə Haciqabulda təcili yardım şöbəsinə 500 nəfərə yaxın müraciət edib. BAKU.WS-in məlumatına görə, müraciət edənlərdən 40 nəfərə günvurma diaqnozu ilə qeydə alınıb.

Əvvəllər şöbəyə gün ərzində 10-15 müraciət daxil olurdusa, indiki vaxtlarda bu çağırışların sayı 50-yə çatıb. Təcili yardım şöbəsinə ən çox müraciət edən ürək-damar xəstəliyindən əziyyət çəkənlərdir.

İsti hava müxtəli növ xəstəlikləri daha da şiddətləndirib.


Qeyd edək ki, gün vuranlar daha çox Ələt, Ucar, Kürdəmir istiqamətində yolda marşrut gözləyənlər olub.

Ziya Səccad
BAKU.WS