Məktəbin qarşısında maşın vuran şagirdin SON DURUMU - VİDEO - YENİLƏNİB

Məktəbin qarşısında maşın vuran şagirdin SON DURUMU - VİDEO - YENİLƏNİB
Video
Hadisə 898

Bakı şəhəri, Yasamal rayonu Parlament prospektində avtoqəza nəticəsində xəsarət alan məktəbli uşaq TƏBİB-in tabeli tibb müəssisəsi olan Kliniki Tibbi Mərkəzin Təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşdirilib.

Bu barədə BAKU.WS-ə mərkəzdən bildirilib.

Aparılan müayinələr zamanı xəsarət alan məktəbliyə sağ bazu sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Hazırda zəruri müayinələr davam etdirilir.

***10:04

Paytaxtda məktəblini maşın vurub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli BAKU.WS-ə açıqlamasında bildirib ki, hadisə prospektdə yerləşən 20 nömrəli məktəb-liseyin qarşısında baş verib:

“Məktəbli vurulub və xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib”.

***09:18

Paytaxtda piyadanın iştirakı ilə ağır yol qəzası baş verib.

BAKU.WS-in məlumatına görə, hadisə Parlament prospektində, 20 nömrəli məktəb-liseyin qarşısında qeydə alınıb.

Hadisə şahidinin sözlərinə görə, qəza zamanı avtomobil şagirdi vurub.

Sözügedən görüntüləri təqdim edirik:

Son xəbərlər