Rusiyanın hava limanının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb

Rusiyanın hava limanının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb
Dünya 71

Rusiyanın Saratov şəhərində yerləşən hava limanında təhlükəsizlik tədbirləri çərçivəsində təyyarələrin uçuş və enişlərinə müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviatsiya) rəsmi nümayəndəsi Artyom Korenyako öz "Telegram" kanalında məlumat yayıb.

"Vətəndaş təyyarələrinin uçuş təhlükəsizliyini təmin etmək məqsədilə Saratov hava limanında təyyarələrin qəbul və buraxılmasına müvəqqəti məhdudiyyətlər tətbiq olunub", – deyə o bildirib.

Korenyakonun sözlərinə görə, hazırda hava limanının heyəti və təyyarə ekipajları lazımi təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi ilə məşğuldurlar. Məhdudiyyətlərin tətbiq olunmasının konkret səbəbləri isə açıqlanmayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya mətbuatı yazmışdı ki, "Aeroflot" qrupuna daxil olan bütün aviaşirkətlər Qələbənin 80 illiyi münasibətilə keçirilən bayram tədbirləri dövründə gücləndirilmiş rejimdə və yüksək operativ hazırlıq səviyyəsində fəaliyyət göstərirlər.

Son xəbərlər