Oğlundan danışan İbrahim Borçalı: "Kənddə kartof əkərdim, bu dərdi yaşamazdım"

Oğlundan danışan İbrahim Borçalı: Kənddə kartof əkərdim, bu dərdi yaşamazdım
Video
Şou-biznes 5904

Müğənni İbrahim Borçalı avtomobil qəzasında həyatını itirən 20 yaşlı oğlu Rəhim Həsənovdan danışıb.

BAKU.WS xəbər verir ki, "Etiraf" proqramına qonaq olan ifaçı "Kaş sadə həyat yaşayardım, amma oğlum yanımda olardı" deyə qeyd edib.

Daha sonra ifaçı sözlərinə belə davam edib:

"Mən deyirəm ki, heç bu sənətə də gəlməzdim. Kənddə kartof əkərdim, bu dərdi yaşamazdım. Azərbaycana gəlib yeni kaset çıxardığım vaxtlar idi. Bulvarda oturub düşünürdüm ki, nolar bu 9 milyon əhali məni tanıya... Elə alındı ki, ifam sevildi. Tez zamanda məşhurlaşdım. Sonra Allah mənə gəstərdi ki həyatın bu üzü də var o üzü də var".

Xatırladaq ki, sənətçinin 20 yaşlı oğlu Rəhim Həsənov 2020-ci ildə keçirdiyi ağır avtomobil qəzasından sonra həyatını itirib. O Türkiyədə təhsil alırdı. İfaçının bundan başqa orta məktəbdə oxuyan bir qız övladı da var. Onun qızı Aysun kosmetoloqdur.

Oğlundan danışan İbrahim Borçalı:

Oğlundan danışan İbrahim Borçalı:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Psixiatriya xəstəxanasına yerləşdirildiyi deyilən Elşad Xose ilk dəfə görüntüləndi

Psixiatriya xəstəxanasına yerləşdirildiyi deyilən Elşad Xose ilk dəfə görüntüləndi

Bir neçə ay əvvəl sosial şəbəkələrdə və bəzi xəbər saytlarında tanınmış repçi Elşad Xosenin səhhətinin ağırlaşdığı və onun Maştağada yerləşən Respublika Psixiat...

250 Şou-biznes 23:59 12 sentyabr 2026

Son xəbərlər