Fransada universitetlərdə hicabın qadağan olunması istənilir

Fransanın daxili işlər naziri Bruno Retayyo universitetlərdə hicabın qadağan olunmasının vacibliyini bildirib.
BAKU.WS xəbər verir ki, o, qonaq olduğu RMC kanalında bu məsələyə münasibətini açıqlayıb.
"Universitetlərdə hicab qadağan olunmalıdırmı?" sualına cavab verən Retayyo deyib: "Bəli, mən bunu istəyirəm, çünki klassik müsəlman inancına uyğun gəlməyən bir islamçılığın olduğunu aydın şəkildə görürəm."
Nazirin sözlərinə görə, bu islamçılıq öz bayrağını və dəyərlərini digərlərinə sırımağa çalışır: "Bu dəyərlər qadının statusunu kişinin statusundan aşağıda görür. Məncə, bu cür hallara qarşı diqqətli olmaq lazımdır."
Retayyo həmçinin vurğulayıb ki, onun dedikləri Fransada yaşayan müsəlman vətəndaşlara qarşı yönəlməyib: "Siyasi islam, müsəlmanların inancını təhrif edir."
O, daha əvvəl verdiyi və etiraza səbəb olan "Rəddolsun başörtüsü" ifadəsinə də toxunub və deyib: "Sözlərimin mahiyyətindən imtina etmirəm."
Qeyd edək ki, Retayyo bu ifadəni martın 26-da Parisdə etdiyi çıxış zamanı işlətmişdi: "Yaşasın idman, rədd olsun başörtüsü."
Xatırladaq ki, Fransada 2004-cü ilin martında qəbul edilən qanunla məktəblərdə hicab qadağan edilsə də, bu qayda universitetlərə şamil olunmurdu
Oxşar xəbərlər
Rumıniya prezidentliyə namizəd Ukraynaya hərbi yardıma görə təzminat tələb edib
Rumıniyada prezident seçkilərinin birinci turunda qalib gələn "Rumınların Birliyi Uğrunda Alyans" partiyasının lideri Corce Simion Ukraynaya verdiyi dəstəyə gör...
