VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göygöldə yağan yağışlar rayonun Topalhəsənli kəndində fəsadlar törədib.

Rəsmi qurumların əməkdaşları kənd ərazisində infrastrukturun bərpası üçün işlər görürlər.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun verdiyi məlumata görə, intensiv yağan yağışlar nəticəsində Göygöl rayonu Topalhəsənli kəndi ərazisində sel daşqını nəticəsində kəndin içindən keçən və rayonla bir neçə kəndi birləşdirən yolda nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb.

Qeyd edək ki, güclü sel axınının yerüstü orta təzyiqli qaz xətlərini zədələnməsi səbəbindən Göygöl rayonunun Topalhəsənli, Şəhriyar, Kərəmli və Aşağı Zurnabad kəndlərinin qaz təchizatı 25 may saat 20:35-də dayandırılıb.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Qeyd olunub ki, 952 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Təmir-bərpa işləri davam etdirilir.

***08:43

Gəncə şəhərində yerləşən Heydər Əliyev Park Kompleksindəki süni göl daşıb.

“Report”un Qərb bürosunun məlumatına görə, yaxınlıqda olan küçələri su basıb, fərdi yaşayış evlərinə və həyətyanı sahələrə su dolub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və digər qurumların nümayəndələri cəlb edilib.

Qeyd edək ki, mayın 26-sı səhər şimal və qərb rayonlarından başlayaraq 31-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

BAKU.WS
VİDEO