SİZİN REKLAM BURADA!
055 213 76 73


Qəza Binəqədi rayonu ərazisində Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin yaxınlığında qeydə alınıb.

Bu barədə BAKU.WS-ə açıqlama verən  Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib. 

Onun sözlərinə görə,  iki avtomobil bir-biri ilə toqquşub. Daha sonra isə maşın piyadaya dəyib:

"Polis dərhal hadisə yerinə gedib, yaralı xəstəxanaya çatdırılıb. Zəruri tədbirlər görülüb, piyadanın vəziyyəti ilə bağlı məlumat yoxdur".

***

Paytaxtın Azadlıq prospektində ağır yol-qəza hadisəsi baş verib.

BAKU.WS-ə daxil olan məlumata görə, "Vorovski" adlanan ərazidə qadın maşının altında qalıb. 

Dərhal ətrafdakılar hadisəyə müdaxilə edərək, qadını oradan çıxartmağa cəhd göstərib.

Qəza nəticəsində ölən olub-olmaması barədə məlumat yoxdur.

Sözügedən görüntüləri təqdim edirik:

Banu Hüseynli
BAKU.WS
VİDEO