VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Son günlər sosial şəbəkələrdə məşhurlaşan dələduz gənc yol polisi tərəfindən təqibə məruz qalıb.

 

BAKU.WS-in redaksiyasında daxil olan videoda həmin gəncin yol polisləri tərəfindən təqib olunduğu görünür.

Qeyd edək ki, həmin gənc əsasən Bakı-Quba yolunda dayanıb, insanların xeyirxahlığından sui-istifadə edirmiş. O, yoldan ötən avtomobilləri saxladırmış. Benzinin bitdiyini deyən gənc, insanlardan borc pul istəyirmiş. Hətta həmin gənc özünü o qədər arsızlığa vurubmuş ki, tanımadığı insanlardan çox rahatlıqla pul tələb edirmiş.

Yol polisi həmin nanəcib insanın kimliyini araşdırmaq üçün araşdırmalar aparıb. Yol polisinin araşdırmaları zamanı nə baş verib. Bu barədə aşağıda təqdim etdiyimiz videoya baxandan sonra biləcəksiniz.

 

Ziya Səccad

BAKU.WS