Qaxda gənclər arasında QAN DÜŞDÜ: Saxlanılan var

Qaxda həmkəndlilər arasında mübahisə bıçaqlanma ilə sona çatıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, ötən gün axşam saatlarında rayonunun Şotavar kəndi ərazisində kənd sakinləri, 2001-ci il təvəllüdlü Azər Nadirovla 23 yaşlı Alqış İbrahimov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Bu zaman A.Nadirov A.İbrahimova bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən Azər Nadirov saxlanılıb və zərərçəkənin xəsarətlərinin dərəcəsinin müəyyən olunması üçün müvafiq ekspertiza təyin edilib.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
TƏBİB-dən Goranboyda qəzada xəsarət alan 21 nəfərlə bağlı AÇIQLAMA - YENİLƏNİB
Goranboyda baş verən yol qəzasında xəsarət alan 21 nəfərə tibbi yardım göstərilib. Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib. Qeyd edilir ki, rayonun Qaramusalı...
