SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda tikinti şirkətinə maskalı basqın olub.

Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, hadisə avqustun 28-də saat 04 radələrində R.Quliyev küçəsində yerləşən "Qara çay” tikinti şirkətində qeydə alınıb.


Naməlum şəxs maskalanaraq şirkətə girib və oranın gözətçisi 1948-ci il təvəllüdlü Zina Bəşirovanı bıçaqla hədələyib. Daha sonra 67 yaşlı qadının əl-qolunu bağlayan quldur, şirkətin kassasını aparıb. Kassanın içindən 60 min ABŞ dolları və sənədlər olub.

Şikayət əsasında axtarışlara başlanılıb. Axtarışlar nəticəsində quldurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Nicat Nurbala oğlu Xəlilov tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS