SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərdə oğurluq edən şəxs yaxalanıb.


Qurumun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 17-də saat 10 radələrində Q.Qarayev prospektində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Bəhruz Bayramovun əl çantasından mobil telefon oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunan 1987-ci il təvəllüdlü Tariyel Etibar oğlu Məmmədov tutulub.

Şübhəli şəxsin üzərindən 1 ədəd bıçaq və oğurlanan mobil telefon maddi subut kimi aşkar olunaraq götürülüb. T.Məmmədov ətrafında keçirilən ilkin istintaq, əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunub ki, o, paytaxtda yerləşən ticarət mərkəzlərində və ictimai nəqliyyatda xüsusilə, cibgirlik yolu ilə bir sıra oğurluq əməlləri törədib. Cinayət Məcəlləsinin 177,1, 180,1-ci maddələri ilə ayırı-ayırılıqda iki dəfə məhkumluğu olan şübhəli şəxs ətrafında istintaq, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu şəxsi tanıyanlardan, onun başqa təhlükəli əməllərinin şahidi olanlardan, onun əməllərindən zərərçəkənlərdən Bakı şəhər Bas Polis İdarəsinə, yaxud 102 Zəng –Mərkəzinə məlumat vermələri xahiş olunur.

Ziya Səccad
BAKU.WS