Bakıda xidmətçi işlədiyi evdən külli miqdarda pul oğurlamaqda şübhəli bilinən şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Nəsimi rayon Polis İdarəsi 21-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, Aidə İbrahimovanın evindən 30 min manat pulu oğurlamaqda şübhəli bilinən mənzildə xidmətçi işləyən, Abşeron rayon sakini, 1989-cu il təvəllüdlü Mehriban Əbülfəz qızı Quliyeva tutulub.
Faktla bağlı araşdırma aparılır.
Ziya Səccad
BAKU.WS
Bakıda xidmətçidən 30 minlik cinayət
05
sen
2004
2 871