SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, paytaxtda yerləşən ticarət mərkəzlərində və ictimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq edən şəxs tutulub.

Qurumun mətbuat xidmətindən  BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1958-ci il təvəllüdlü Abbasağa Əbülfəz oğlu İzətullayev müəyyən olunaraq tutulub.

Şübhəli şəxsin üzərindən 0,744 qram tiryək aşkar olunaraq götürülüb.

Bu şəxsi şəxsi tanıyanlardan, onun başqa təhlükəli əməllərinin şahidi olanlardan, onun əməllərindən zərərçəkənlərdən Bakı şəhər Bas Polis İdarəsinə, yaxud 102 Zəng –Mərkəzinə məlumat vermələri xahiş olunur.

Ziya Səccad
BAKU.WS