SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda tikintidə qəza baş verib.

BAKU.WS APA-ya istinadən bildirir ki, hadisə bu gün R. Behbudov küçəsində tikilməkdə olan binada qeydə alınıb.
 
Qaldırıcı kranda yaranmış nasazlıq səbəbindən daşla dolu yük aşıb. Nəticədə daşlar küçədə hərəkət edən şəxslərin üzərinə tökülüb.
 
Polisdən bildirilib ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
 
APA-nın əldə etdiyi məlumata görə, hadisə nəticəsində 1 nəfər şok keçirib, 3 nəfər isə müxtəlif xəsarətlərlə özəl klinikalardan birinə yerləşdirilib.