13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Bakıda rayon məhkəmələrinin birində dustaq proses zamanı məhkəmə zalından qaçıb.

BAKU.WS
-in Qafqazinfo saytına istinadən verdiyi məlumata görə, hadisə Sabunçu rayon məhkəməsində olub. Sentyabrın 14-də hakim Süleyman Ağayevin sədrliyi ilə keçirilən prosesdə Bakı İstintaq Təcridxanasından gətirilən gənc dustaq Penitensiar Xidmətin əməkdaşlarının əlindən qaçıb.

Sabunçu rayon məhkəməsindən "Qafqazinfo”ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, məhkəmə zalından qaçan dustaq binanın həyətində tutulub.

Penitensiar Xidmət rəhbərliyi hadisə barədə məlumatlandırılıb. Buna görə də xidmətin əməkdaşı Həsən adlı şəxsə töhmət verilib.

Ziya Səccad
BAKU.WS