İstanbulda sərnişin avtobusu dayanacağa çırpılıb, ölən və yaralananlar var

02
fev
2023
23:25
Türkiyənin İstanbul şəhərində sərnişin avtobusu dayanacağa çırpılıb.
BAKU.WS Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində dayanacağda duran 1 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb.
Məlumata əsasən, hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadaları yaralıları yaxınlıqdakı xəstəxanaya çatdırıblar.
Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır.
Eyni zamanda, avtobusun sürücüsü polislər tərəfindən saxlanılıb.
Qəzanın səbəbi barədə məlumat verilmir.
Oxşar xəbərlər
Bakı-Qazax yolundakı qəzada xəsarət alanların son durumu AÇIQLANDI - YENİLƏNİB - VİDEO
Bakı-Ələt yolunda baş verən qəzada xəsarət alan 18 nəfər ambulator müalicə üçün evə buraxılıb. Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib. Hazırda TƏBİB-in tabeli...
