SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycanın rayonlarından birində baş vermiş dəhşətli hadisənin üstü açılıb.

Qaynarinfo.Az xəbər verir ki, ata əqli problemləri olan Pərvanə adlı qızını 8 ildir dustaq kimi tövlədə zəncirlənmiş vəziyyətdə saxlayıb. Yaşanmış hadisə Xəzər televiziyasında yayımlanan "Bizə danış" adlı verilişdə ictimaiyyətə açıqlanıb.

Aparıcı X.Hidayətqızının verdiyi məlumata görə, qonşular qızın 8 ildir belə vəziyyətdə yaşamasına susublar. Bundan əlavə qohumlar da əqli problemi olduğu deyilən qız barəsində heç bir quruma müraciət etməyiblər.

Pərvanə haqqında ətraflı sujet sabah verilişdə yayımlanacaq.
 
BAKU.WS