SİZİN REKLAM BURADA!
055 213 76 73


Baş Dövlət Yol Polisi İdarəsi sosial şəbəkələrdə yayılan və sürücü ilə DYP əməkdaşı arasında gərginliyi əks etdirən görüntülərlə bağlı açıqlama yayıb.

BAKU.WS-in məlumatına görə, qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, sözügedən “Chevrolet Cruze” markalı 90-OJ-497 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü avtomobilinə əlavə avadanlıq quraşdırdığı üçün dövlət yol polisinin əməkdaşları tərəfindən saxlanılıb:

“Bu zaman nəqliyyat vasitəsinin sürücüsünə nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılacağı barədə məlumat verilib. Bu səbəbdən sürücü polis əməkdaşınlarına tabesizlik göstərib və özünə xəsarət yetirməyə cəhd edib.

Bu zaman cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Həmin şəxs qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.5-ci maddəsi ilə protokol tərtib olunub. Sürücü tərtib edilən protokol üzrə müvafiq cəriməni də ödəyib”.

BAKU.WS
VİDEO