SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəkidə 5 yaşlı uşağa sistem köçürüləndən sonra dünyasını dəyişib. Valideynləri belə iddia edir.

BAKU.WS xəbər verir ki, Şəki şəhəri Sarabski 6 ünvanında yaşayan Eyvazovlar ailəsinin 5 yaşlı üzvü qəfildən xəstələnib.

5 yaşlı qızı ötən gün Şəki Rayon Mərkəzi Xəstəxanasına gətiriblər. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb.

Valideynlərin iddiasına görə, azyaşlıya sistem qoşulandan sonra vəfat edib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından "Xəzər Xəbər"in sorğusuna cavab olaraq bildirilib ki, azyaşlı 40.3 dərəcə temperaturla Təcili tibbi yardım şöbəsinə müraciət edib. Xəstənin vəziyyəti nəzərə alınaraq ona təcili həkim təyin edilib, müayinə olunaraq yardım göstərilib. Buna baxmayaraq xəstənin vəziyyəti pisləşib, reanimatoloq dəvət olunub, reanimasion tədbirlər icra olunub, ancaq uşaq kəskin tənəffüz çatışmazlığından vəfat edib.

Faktla bağlı Şəki Şəhər Prokurorluğunda araşdırılmalar başlayıb.

BAKU.WS
VİDEO