Bakıda "Ford" səkiyə çırpıldı - Sürücü xilas edildi

Bakıda Ford səkiyə çırpıldı - Sürücü xilas edildi
Video
Hadisə 49

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, "Ford" markalı avtomobilin səkiyə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verdiyi və avtomobilin sürücüsünün müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaş, 1987-ci il təvəllüdlü Xalid Hatəm oğlu Abbasovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər