VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda mağazada maraqlı hadisə kameraya düşüb. 

Oxu.Az xəbər verir ki, hadisə sentyabrın 25-də "Neftçilər” metrostansiyasının yaxınlığındakı geyim mağazalarından birində baş verib.

Belə ki, geyim mağazasından alış-veriş etmək istəyən şəxs pulqabısını əlindən düşürüb. Həmin zaman ərazidə olan qadın onun pulqabısını götürərək, heç nə olmamış kimi mağazadan uzaqlaşıb. Görüntülərə baxan şəxsləri qadının hərəkətləri mat qoyub.

Pul kisəsini itirən şəxs kömək istəyərək bildirib ki, pulqabının içində 350 AZN pul və bəzi kartlar olub. 

Hadisə ilə bağlı Nizami rayon 24-cü polis bölməsinə müraciət olunub.
 
BAKU.WS