SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Danimarkada 15 yaşlı qız İŞİD terror təşkilatının videolarına baxıb anasını doğrayıb.
 
BAKU.WS-in məlumatına görə, Liza Borş adlı qız İŞİD-in başkəsmə videolarına baxdıqdan sonra sarsıntı keçirib. Yeniyetmə qız videoya baxdıqdan bir neçə dəqiqə sonra anasını 20 dəfə bıçaqlayaraq öldürüb.

Polis uşağın kompüterində araşdırma apardıqdan sonra məlum olub ki, Liza səhərdən axşama qədər İŞİD-in videolarına baxırmış. Lizanın qardaşı isə anası və bacısı arasında mübahisələrə görə çox vaxt evə gəlmədiyini bildirib. 
 
Qızın 29 yaşındakı iraqlı sevgilisi Abdullahla birlikdə İŞİD-ə qatılmaq üçün Suriyaya getməyi planlaşdırdığı iddia edilir. Liza 1 ili islah müəssisədə olmaq üzrə 9 il həbs cəzasına məhkum edilib. Qızın sevgilisi isə 13 il həbsə məhkum edilib.
 
ŞAHİN Həbibov
BAKU.WS