VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Türkiyənin Mardin şəhərində PKK terror təşkilatı zirehli polis maşınını partladıb.
 
BAKU.WS-in məlumatına görə, polis maşınına tələ quran terrorçular uzaqdan idarə olunan bombanı işə salıblar. Nəticədə partlayış zamanı 3 polis şəhid olub, 1-i isə ağır yaralanıb.

Bombanın partlaması ətrafdakı evlərdə də böyük ziyanlar meydana gətirib. Terror hücumundan sonra PKK-lıları zərərsizləşdirmək üçün böyük əməliyyat keçirilib. Şəhərə giriş-çıxış bağlanıb və əməliyyatlar davam etdirilir. 

Hakkari-Van karayolunda da PKK polis maşınına terror hücumu həyata keçirib. Nəticədə 2 polis şəhid olub, 2 polis yaralanıb. Nəqliyyat vasitəsində olan məhkum isə ölüb.
 
ŞAHİN Həbibov
BAKU.WS