17 yaşlı yeniyetmənin bağırsağından taxta parçası çıxarıldı

17 yaşlı yeniyetmənin bağırsağından taxta parçası çıxarıldı
Foto
Hadisə 194

17 yaşlı yeniyetmə taxta udaraq qarın nahiyəsində kəskin ağrı, ürəkbulanma, təkrarlanan qusma və hipertermiya şikayətləri ilə Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib.

Bu barədə BAKU.WS-ə KTM-dən məlumat verilib.

Bildirilib ki, müayinələr nəticəsində xəstəyə peritonit diaqnozu qoyulub və əməliyyatönü hazırlıqdan sonra təxirəsalınmaz cərrahi müdaxilə aparılıb. Nazik bağırsaq seqmentinin rezeksiyası, yoğun bağırsağın defektinin tikilməsi əməliyyatı icra olunub.

Əməliyyat zamanı nazik bağırsaqda, iliosekal küncdən 70–80 sm məsafədə, iki yerdə deşici (perforativ) zədələnmə müəyyən olunub. Bu perforasiyalara səbəb bağırsaq mənfəzində yerləşən iti və sərt yad cisim taxta parçası olub. Bundan əlavə, yoğun bağırsaqda da perforativ dəlik və bütün nazik bağırsaq boyunca mənfəz daxilində müxtəlif ölçülü, iti uclu, sərt yad cisimlər aşkarlanıb.

Uğurlu cərrahi müdaxilə və 8 günlük stasionar müalicə nəticəsində xəstənin vəziyyəti kafi qiymətləndirilib və o, ambulator müalicə üçün evə buraxılıb.

17 yaşlı yeniyetmənin bağırsağından taxta parçası çıxarıldı

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

58 yaşlı kişini maşın vurub öldürdü

58 yaşlı kişini maşın vurub öldürdü

Şəkidə piyada ölümü ilə nəticələnən qəza baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün saat 11 radələrində Şəki şəhəri ərazisində Arif Səli...

94 Hadisə 17:50 07 noyabr 2026

Son xəbərlər