17 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib
"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində 25 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 17 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.
Bu barədə BAKU.WS-ə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.
Oxşar xəbərlər
Su çiçəyi yenidən yayılır - XƏBƏRDARLIQ
Son günlər böyüklər və uşaqlar arasında su çiçəyi xəstəliyi geniş yayılıb. Bəzi insanlarda xəstəlik yüngül keçsə də, lakin bəzilərində daha ağır formada davam e...