SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Tünzalə Əliyevanın vəziyyəti ağırlaşıb. 

BAKU.WS xəbər verir ki, bu haqda aktrisanın həmkarı Ülviyyə Əliyeva bildirib.

O, sosial şəbəkədə canlı yayım açaraq Tünzalənin səhhətinin yaxşı olmadığını və xərçəngin onun beyninə yayıldığını deyib:

"Bu canlı yayımı açmaqda məqsədim aktrisamız Tünzalə Əliyevanın (Toppuş bacı) səhhəti ilə bağlı məlumat verməkdir. Bir neçə gündür ki, hər kəs onu soruşur, mənə xeyli sayda zənglər də gəlir. Buna görə də qərara gəldim ki, bu barədə açıqlama verim. Toppuş bacımızın vəziyyəti yaxşı deyil.

İki-üç gün əvvəl analizlərinin cavabı çıxdı. Artıq beynində xərçəng aşkarlanıb. Hamınızdan Tünzalə üçün dua etməyinizi istəyirəm. İnşallah Allah onu övladına bağışlayar".

Ətraflı videoda:

BAKU.WS
VİDEO