VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dünən İsmayıllı rayonunda orta məktəbə getmək istəməyən uşaq özünü öldürüb.


Bu barədə İsmayıllı rayon prokuroru Rahib Seyidov BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, hadisə axşam saatlarında qeydə alınıb.

Dünən axşam saatlarında 2003-cü il təvəllüdlü İsmət Qismət oğlu Əsədov özünü həyətdəki anbardan asıb. Araşdırmalar zamanı onun intiahr etdiyi məlum olub.


"İntihara ilkin versiya kimi uşağın məktəbə getmək istəməməsi olub. Lakin hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq”, - deyə Rahib Seyidov bildirib.

Lakin intihar edən uşağın ailəsini tanıyan şəxsin "Qafqazinfo”ya verdiyi məlumata görə, yeniyetmənin intihar etməsinə səbəb dərslərin açılmasına bir gün qalsa da, ailəsinin çanta və köynək ala bilməməsi olub.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS