Xanəndə Süleyman Abdullayev dəfn olunub - FOTO - YENİLƏNİB

Xanəndə Süleyman Abdullayev dəfn olunub - FOTO - YENİLƏNİB
Hadisə 2049

Əməkdar artist, xanəndə Süleyman Abdullayev dəfn olunub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, əvvəlcə mərhum sənətkarla evində və Təzə Pir məscidində vida mərasimi keçirilib.

Mərasimda Süleyman Abdullayevin ailə üzvləri, sənət dostları ilə yanaşı, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib.

Daha sonra dəfn olunmaq üçün Müşfiqabad qəbiristanlığına aparılıb və ailə məzalığında dəfn olunub.

Qeyd edək ki, "Dədə Süleyman" kimi tanınan əməkdar artist bu gün səhər vəfat edib.

***16:07

Əməkdar artist, görkəmli xanəndə Süleyman Abdullayev ilə Təzəpir Məscidində vida mərasimi keçirilir.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Mərhum Kürdəxanı qəbristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Əməkdar artist, görkəmli xanəndə Süleyman Abdullayev 83 yaşında vəfat edib. Bir müddət əvvəl səhhətində ciddi problemlər yaranan xanəndə şəkər xəstəliyindən əziyyət çəkirdi.

Allah rəhmət eləsin!

***11:00

Əməkdar artist, xanəndə Süleyman Abdullayev vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə APA-ya mərhumun qızı Aygün Abdullayeva məlumat verib.

Süleyman Abdullayev uzun müddətdir, şəkər xəstəliyindən əziyyət çəkirdi. Onun ayaq barmaqları amputasiya edilmişdi.

Oxşar xəbərlər

Ruhəngiz Qasımova dəfn edilib - FOTO/VİDEO

Ruhəngiz Qasımova dəfn edilib - FOTO/VİDEO

Əməkdar İncəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova dəfn edilib. Bəstəkar bu gün Yasamal qəbiristanlığındakı ailə məzarlığında torpağa tapşırılıb. O, həyat yol...

656 Hadisə 15:36 12 oktyabr 2022

Son xəbərlər