Tramp Konqresdən İrana qarşı hərbi əməliyyatların müddətini uzatmağı xahiş etməyəcək
ABŞ Prezidenti Donald Tramp bildirib ki, "Müharibə Səlahiyyətləri Qanunu"nda nəzərdə tutulmuş 60 günlük müddət bitdikdən sonra İrana qarşı hərbi əməliyyatları davam etdirmək üçün Konqresdən icazə istəmək niyyətində deyil.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Amerika lideri Ağ Evdə jurnalistlərə açıqlamasında bu tələbi konstitusiyaya zidd hesab etdiyini bildirib.
Onun sözlərinə görə, qanunla müəyyən edilmiş müddətdən kənara çıxan sələflərinin bir çoxu da oxşar mövqe tutub.
1973-cü ildə ABŞ-da qəbul edilmiş "Müharibə Səlahiyyətləri Qanunu", Prezidentə Konqresin təsdiqi olmadan 60 gün ərzində xaricdə silahlı qüvvələrdən istifadə etməyə icazə verir. İrana qarşı əməliyyat halında bu müddət 1 mayda bitir.
"Time" əvvəllər xəbər verib ki, Konqresdəki Demokratlar Trampın qanunvericilərin razılığı olmadan İrana qarşı hərbi əməliyyatlara davam etməsi halında ona qarşı məhkəmə iddiası qaldırmağı düşünürlər.
Oxşar xəbərlər
Ağ Ev Konqresə İranla müharibənin bitdiyini bəyan edib
Ağ Ev ABŞ Konqresinə İrana qarşı hərbi əməliyyatın bitdiyini bəyan edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın Nüm...