12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


NASA Dünyanın orbiti ətrafında dəyişikliklər müşahidə etdiyi üçün bürclərin tarixlərinin dəyişdiyini açıqlayıb.
 
BAKU.WS-in məlumatına görə, 12 bürcün tarixlərinin yenilənməsi astronomiya sahəsində yeni bir müzakirəyə səbəb oldu. Ulduzların Dünyaya görə olan mövqeyinin dəyişdiyini iddia edən NASA, bu səbəblə indiki səmanın antik zamanlardakından çox fərqli olduğunu qeyd edib. NASA-nın veb saytında, bürclərin yeni tarixləri də əlavə olunub. 

Yeni dəyişikliyə əsasən bürclər 12 deyil, 13 bürc olaraq müəyyən olunub. NASA veb saytında İlan bürcünü əlavə edib. Bu bürc 30 noyabr - 17 dekabr tarixində doğulanlara şamil olunacaq. 

Yeni bürc tarixləri isə belədir:
 
Oğlaq: 20 yanvar-16 fevral
 
Dolça: 16 Fevral-11 Mart
 
Balıq: 11 Mart-18 Aprel
 
Qoç: 18 aprel-13 may
 
Buğa: 13 may-21 iyun
 
Əkizlər: 21 iyun-20 iyul
 
Xərçəng: 20 iyul-10 avqust
 
Aslan: 10 Avqust-16 Sentyabr
 
Qız: 16 Sentyabr-30 Oktyabr
 
Tərəzi: 30 oktyabr-23 noyabr
 
Əqrəb: 23 noyabr-29 noyabr
 
İlan: 29 noyabr-17 dekabr
 
Oxatan: 17 dekabr-20 yanvar 
 
Şahin Həbibov
BAKU.WS