İlham Əliyev məşhur “Bürc-Xəlifə”də (FOTO)

İlham Əliyev məşhur “Bürc-Xəlifə”də (FOTO)
Siyasət 2138

 

Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Abu Dabidən Dubaya gəlib.

BAKU.WS-in məlumatına görə, prezident İlham Əliyev Dubaydakı məşhur "Bürc-Xəlifə” binası ilə tanış olub.

Dövlət başçısına məlumat verilib ki, dünyanın ən böyük göydələni olan "Bürc-Xəlifə”nin tikintisi 2004-2009-cu illərdə həyata keçirilib. 2010-cu ildə binanın möhtəşəm açılışı olub. Əvvəllər "Bürc-Dubay” adlandırılan 165 mərtəbəli bu möhtəşəm tikilinin hündürlüyü 828 metrdir. Binanın 150-ci mərtəbəsindən sonrakı hissələrinin tikintisində polad konstruksiyalardan istifadə olunub. Bununla da "Bürc-Xəlifə” dünyada ilk dəfə beton kütlə üzərində polad konstruksiyalardan istifadə olunan tikili kimi tarixə düşüb.

Dünya memarlığının nadir incilərindən olan "Bürc-Xəlifə”nin özəllikləri bununla bitmir. Əsas diqqət tikinti zamanı küləkdən qorunmaya yönəldilib. Dünyada ən hündürə qalxan və ən sürətli liftlər də bu binada işləyir. "Bürc-Xəlifə”nin 158-ci mərtəbəsində dünyanın ən yüksəklikdə yerləşən məscidi, 76-cı mərtəbəsində ən hündür üzgüçülük hovuzu və 122-ci mərtəbəsində restoran fəaliyyət göstərir.

Kompleksin daxilində otellər, evlər, ofislər və ticarət mərkəzləri yerləşir. Binanın daxili məxsusi olaraq "Bürc-Xəlifə” üçün hazırlanmış ətirlərlə təravətləndirilir. Göydələnin şüşələri günəş şüalarının qarşısını alaraq daxildə optimal temperatur rejiminin saxlanmasına şərait yaradır. "Bürc-Xəlifə” öz möhtəşəmliyi ilə Dubayın yeni işgüzar hissəsinin rəmzi sayılır.

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev Zirə Mədəniyyət Mərkəzinin açılışına qatılıb

İlham Əliyev Zirə Mədəniyyət Mərkəzinin açılışına qatılıb

Bakının Xəzər rayonunda Zirə Mədəniyyət Mərkəzinin açılışı olub. BAKU.WS məlumatına görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun...

2073 Digər 13:50 30 dekabr 2015

Son xəbərlər