Azərbaycan prezidenti açılışda iştirak edib
Azərbaycan prezidenti İlham Əliyev Xəzər rayonunda 110 kilovoltluq "Buzovna-2”, 35 kilovoltluq "Sarıqaya”, "Fatmayı”, "Məhəmmədli”, eləcə də 221, 219, 86 və 87 saylı yarımstansiyaların açılışlarında iştirak edib. BAKU.WS-in məlumatına görə, "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlət başçısına məlumat verib ki, 110/35/10 kilovoltluq "Buzovna-2” yarımstansiyası 110/10 kilovoltluq "Buzovna dartı” yarımstansiyasının yerində inşa olunub. "Buzovna-2” yarımstansiyası Buzovna, Zuğulba, Albalılıq qəsəbələrini, bir sıra dövlət əhəmiyyətli qurumları, həmçinin istirahət, turizm, tibb və digər obyektləri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edir. Yarımstansiyada hər birinin gücü 40 meqavoltamper olan transformatorlar quraşdırılıb. Dövlət başçısına animasiya, sxemlər, dron çəkilişlər, qrafiklər və digər əyani vasitələr əsasında paytaxtda və regionlarda görülən işlər barədə də məlumat verilib. Sonra prezident İlham Əliyevə açılışı olan 35 kilovoltluq yarımstansiyalar barədə məlumat verilib. Dövlət başçısı "Buzovna-2” yarımstansiyasını işə salıb. BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev Nardaranla bağlı sərəncam imzaladı
Azərbaycan prezidenti İlham Əliyev Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial –mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial proble...