SİZİN REKLAM BURADA!
055 213 76 73


Qubadlı rayonunun İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin təşkilatçılığı ilə 1993-cü ildə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsi faktlarına görə Qubadlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10, 29,120.2.11, 309.2 və digər maddələri ilə cinayət işi başlanıb və Elxan Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib.

Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Məlumatda deyilir ki, Elxan Nuriyev 02.10.2022-ci il tarixdə Polşa Respublikasının ərazisində saxlanılıb.

Hazırda E.Nuriyevin Azərbaycan Respublikasına ekstradisiya edilməsi məqsədi ilə Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlara sorğu göndərilib.

BAKU.WS