13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Kürdəmir rayonunun Sığırlı kəndində baş verən ailə münaqişəsinin bəzi detalları məlum olub.

Baku TV xəbər verir ki, Rəcəb Bəkirov həyat yoldaşı Durbəs Bəkirovaya 20-dən çox bıçaq zərbəsi vurub.

Zərərçəkmişin atası Nuralı Babayev bildirib ki, qızını 3 ildir görmür:

“Bilmirəm, qızıma bıçağı qayınatası, qayınanası, qaynı, ya əri vurub. Mən onların hamısından şübhələnirəm. Mən qızımın üçüncü uşağını görməmişəm”.

D.Bəkirovanın anası Adirə Babayeva bildirib ki, illərdir qızını onlarla telefonla da danışmağa qoymurlar:

“Atası bir dəfə getmişdi, qayınanası deyib ki, "bir də bura gəlmə". Qız da deyib ki, "ata, gəlmə, buna görə bunlar məni öldürərlər". Mən qızımın bıçaqlanmağını qonşudan eşitmişəm”.

R.Bəkirovun anası Şəfiqə Bəkirova bildirib ki, gəlini ilə çox mehriban münasibətləri olub:

“Onların evində heç bir söz-söhbət olmayıb. Qışqırıq səsinə getmişəm. Gördüm, gəlin qan içində yerdə uzanıb, mən də tez onu həkimə çatdırmışam. Mən gəlinimlə ana-bala münasibətində olmuşam. Biz də bilmirik, nə baş verib”.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

***10:01

Kürdəmir rayonunda arvadını bıçaqlayan şəxslə bağlı cinayət işi başlanılıb.

Bu barədə BAKU.WS-ə rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 03-ü saat 11 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində 1989-cu il təvəllüdlü Durbəs Bəkirovanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri - 1989-cu il təvəllüdlü Rəcəb Bəkirovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Durbəs Bəkirovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Rəcəb Bəkirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

BAKU.WS
VİDEO