SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeron rayonunda yol qəzası zamanı iki nəfər ağır xəsarət alıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Novxanı qəsəbəsində Duz gölünün yaxınlığında baş verib.

Belə ki, yüksək sürətlə hərəkət edən “Mercedes”in sürücüsü sükana nəzarəti itirib.

Maşın əvvəlcə işıq dırəyinə daha sonra gölün mühafizəsi üçün qurulan dəmir arakəsməyə çırpılaraq aşıb.

Qəza nəticəsində sürücü və sərnişin ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

BAKU.WS
QALEREYA