13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Kürdəmir sakini arvadına çoxsaylı bıçaq xəsarətləri yetirib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında rayonun Sığırlı kəndində 1989-cu il təvəllüdlü Rəcəb Bəkirov münaqişə zəminində həyat yoldaşı, 23 yaşlı Dürbəst Bəkirovanı dəfələrlə bıçaqlayıb. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun üzərində 20-dən artıq kəsilmiş-deşilmiş xəsarətlərin olduğu və vəziyyətinin kritik olduğu bildirilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən R.Bəkirov kənd məktəbində müəllim işləyir. Hadisə o, həyat yoldaşı ilə birgə sahədə nar toplayarkən baş verib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS