Azərbaycanda dəhşət - müəllim həyat yoldaşına 20 bıçaq zərbəsi vurdu

Kürdəmir sakini arvadına çoxsaylı bıçaq xəsarətləri yetirib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında rayonun Sığırlı kəndində 1989-cu il təvəllüdlü Rəcəb Bəkirov münaqişə zəminində həyat yoldaşı, 23 yaşlı Dürbəst Bəkirovanı dəfələrlə bıçaqlayıb. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun üzərində 20-dən artıq kəsilmiş-deşilmiş xəsarətlərin olduğu və vəziyyətinin kritik olduğu bildirilib.
İlkin araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən R.Bəkirov kənd məktəbində müəllim işləyir. Hadisə o, həyat yoldaşı ilə birgə sahədə nar toplayarkən baş verib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bıçaqladığı qadın 7-ci arvadı olub: Kürdəmirdəki hadisənin detalları - YENİLƏNİB
Kürdəmir rayonunda 2 qadını bıçaqlayan şəxs özünə xəsarət yetirib. BAKU.WS-in Qafqazinfo-ya istinadla məlumatına görə, ötən gecə Lənkəran rayon sakini, 1983-cü...
