Tərtərdə iki nəfər minaya düşüb - YENİLƏNİB

Oktyabrın 1-i Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1976-cı il təvəllüdlü Rəfail Bayramov və 1990-cı il təvəllüdlü Nicat Cabbarovun minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Bu barədə BAKU.WS-ə Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Aparılmış araşdırmalarla rayonun Qızıl oba kəndində olarkən qeyd olunan şəxslərin minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilmişdir.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
*** 12:09
Tərtərdə iki nəfər rayon sakini – 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfayıl Köçəri oğlu Səhləbad minaya düşüb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Üçüncü sovxoz adlanan ərazisində baş verib.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Yaralıların ayaqlarının amputasiya edildiyi bildirilir.
Oxşar xəbərlər
Füzulidə minaya düşən şəxslərin son durumları AÇIQLANDI - YENİLƏNİB
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Füzuli rayonunda minaya düşən şirkət əməkdaşlarının son durumunu açıqlayıb. ANAMA-nın Mətbuat Xidmətindən BAKU.WS-ə b...
