SİZİN REKLAM BURADA!
055 213 76 73


Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Yasamal rayonu, Ş.Qurbanov küçəsi 17 ünvanında fəaliyyət göstərən, “AzCake” MMC-yə məxsus unlu qənnadı məmulatların istehsalı və satışı müəssisəsində aparılan plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub.

Bu barədə BAKU.WS-ə bildirilib ki, müəssisədə məhsul istehsalı zamanı texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, temperatur və rütübət rejiminə riayət edilmədiyi, unun saxlanması üçün normativ tələblərə uyğunlaşdırılmış anbarın təşkil olunmadığı, un kisələrinin divara bitişik halda yığıldığı, xammal olaraq istifadə olunan unun maqnit tutuculu ələkdən keçirilmədiyi, döşəmə və divarların tamlığının pozulduğu, məhsulların yuyulması üçün ayrı yuma çanaqlarının təşkil edilmədiyi və digər nöqsanlar müəyyən olunub.

Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, nöqsanların aradan qaldırılmasına üçün icrası məcburi göstərişlər verilib və bu sahədə qanunvericiliyin tələbləri izah olunub.

BAKU.WS