SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabirabad rayonunda avtomobil aşıb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Qaratəpə kəndi ərazisindən keçən hissəsində baş verib. Avtomobilin aşması nəticəsində sürücü və 7 sərnişin müxtəlif dərəcəli xəsarətlər alaraq Şirvan xəstəxanasına yerləşdiriliblər.

Qəza ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, yolun 33-cü kilometrliyində “Hyundai Santa Fe” markalı avtomobilin aşması nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan 4-nə ilkin tibbi yardım göstərilib, 1 nəfərin isə xəstəxanada müalicəsi davam etdirilir.

Hadisəyə sürücünün idarəetməni itirməsi səbəb olub.

BAKU.WS