Azərbaycanda qoyunları oğurlanan şəxsdən maraqlı addım

Biləsuvar sakininin təsərrüfatından 10 yaxın qoyun oğurlanıb.
BAKU.WS-in məlumatına görə, hadisə rayonun Süleyman Rəhimov küçəsində Sərvər Sucayevə Məxsus fərdi təsərrüfatda baş verib. Zərərçəkənin sözlərinə görə naməlum şəxs və ya şəxslər qapı bağlı olduğu üçün hasarın üzərindən həyətə daxil olublar. Tövləyə gedən yeganə qapı arxadan açıldıqdan sonra oradan 9 baş qoyun oğurlanıb. Təsərrüfat sahibi isə hadisədən səhər saatlarında xəbər tutub. Ümumilikdə isə vətəndaşa 1500 manata yaxın maddi ziyan dəyib.
Hadisənin yenidən təkrarlana biləcəyindən ehtiyyat edən Sərvər Sucayev təsərrüfatındakı qoyunların əksəriyyətin satıb. Artıq oğurluq faktı ilə bağlı polisə məlumat verilib. Cinayəti törədənlərin taplaraq məsuliyyətə cəlb olunması istiqamətində araşdırmalar davam etdirilir.
Azər Məmmədov
Oxşar xəbərlər
Azərbaycanda qəribə oğurluq hadisəsi törədildi (FOTO)
Cəlilabadda nəməlum 10 nəfər ailənin yaşadığı evdən Külli miqdarda pul oğurlanıb. Hadisə rayonun Göytəpə qəsəbəində Vüqar Mürsəlov küçəsində Ələsgər Ələsgərova...
