VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Qəbələ rayonunun Laza kəndinə yağan güclü yağış nəticəsində Dəmiraparan çayının suyu çoxalaraq sel əmələ gəlib.
 
BAKU.WS Region TV-yə ( Kanal S ) istinadən xəbər verir ki, axşam saatlarından şimal-qərb bölgəsində yağan yağış ciddi fəsadlar törədib. Dağlara düşən leysan nəticəsində Qəbələ rayonunun ərazisindən keçən Dəmiraparan şayı daşıb. Nəticədə bəndklərdə sızma əmələ gəlib. Sel suları şəhərin mərkəzi küçələrini keçilməz edib. FHN-nin Şimal-qərb regional mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur.
 
Laza kəndində köməksiz vəziyyətdə qalmış 53 nəfər təxliyə edilib. VAZ 21 015 markalı bir avtomobili sel suları aparıb. FHN-in xilasediciləri avtomobil xilas edib. Fərdi təsərrüfatlara ziyan dəyib. Dağıntı və tələfat haqda hələlik məlumat yoxdur.

Həmçinin Axşam saatlarında İsmayıllı rayonuna da güclü leysan və dolu düşüb.Yağıntı, əsasən ucqar dağlıq ərazilərdə yerləşən Qalacıq, Sumaxallı, İstisu, Çayqovuşan və Lahıc kəndlərini əhatə edib.Evlərin və tikililərin dam örtüyünə, eyni zamanda vətəndaşlara məxsus avtomobillərə ciddi ziyan dəyib. 
Hazırda həmin kəndlərə gediş-gəliş məhdudlaşıb. Yollarda yarğanlar əmələ gəlib.
 
BAKU.WS