Səhiyyə Nazirliyi Bakıda hamilə qadının vəfat etməsinə münasibət bildirib.

BAKU.WS xəbər verir ki, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova APA-ya bildirib ki, ilkin versiyaya əsasən 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızı qida zəhərlənməsindən vəfat edib. 

O qeyd edib ki, hadisə avqustun 30-da baş verib:

"Yaxınlarının bildirdiyinə görə, ölüm qida zəhərlənməsindən, qarpızdan baş verib”.

S.Məmmədova deyib ki, meyit artıq təşrih olunub: "24 saat ərzində materiallar Doğuşayardım Komissiyasına təqdim olunmalıdır. Materiallar komissiyaya təqdim olunduqdan sonra qısa müddət ərzində işə baxılıb, müvafiq rəy veriləcək”.

Xatırladaq ki, 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızı 1 saylı şəhər xəstəxanasında vəfat edib. D. Babayeva ilə birlikdə bətnindəki 36 həftəlik körpəsi də ölüb.
 
***14.14

Bakıda hamilə qadın vəfat edib.
 
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, ilkin olaraq zəhərlənmə şübhəsi ilə 1 saylı şəhər xəstəxanasına daxil olan 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızının həyatını xilas etmək mümkün olmayıb.

30 yaşlı qadınla birgə bətnindəki 36 həftəlik körpəsi də ölüb.

Faktla bağlı araşdırma aparılır, zəruri ekspertizalar təyin edilib.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən verilən məlumata görə meyitin beynində qansızma əlamətləri müşahidə olunub. Bunun nə ilə bağlı olduğu dəqiqləşdiriləcək. Ölümün zəhərlənmə ilə bağlı olma ehtimalı çox azdır. Dəqiq ölüm səbəbi bütün laborator müayinələr aparıldıqdan sonra bəlli olacaq.