SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda mənzildə meyit tapılıb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan bir nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.

BAKU.WS