Bakıda mənzildən meyit tapılıb

Bakıda mənzildən meyit tapılıb
Hadisə 98

Paytaxtda mənzildən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, hadisə Yasamal rayonunda baş verib.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1956-cı il təvəllüdlü Rəcəbova Tamella Həsən qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Oxşar xəbərlər

Son xəbərlər