Lerikdə avtobus qəzasında ölən və yaralananların adları məlum oldu - YENİLƏNİB

Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğraması nəticəsində ölən və yaralananların adları məlum olub.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, qəza zamanı xəsarət alanlar Boladi kənd sakinləri: - Səyyadov Səyad Hacıbala oğlu (1959-cu il təvəllüdlü), Kərimova Nazilə Ağəli qızı (1958), Fərəcova Şərafət Ənvər qızı (1959), İbrahimova Əsbət Ağabala qızı (1952), Qurbanova Gülər Məmmədağa qızı (1959), Ağayeva Şəfiqə Rəhim qızı, Səyyadova Zəhra Rəhim qızı (1960), Axundova Lətifə Zaman qızıdır (1953).
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanaya çatdırılıb.
Qəza zamanı 8 nəfər ölüb: Xəlilova Dilarə İslam qızı, Həşimova Sərvər Əhməd qızı, Axundova Saray, Ağayeva Təcrübə, Cəfərova Güldəstə, Rzayeva Səmayə Ağababa qızı, Tahirova Zərintac İslam qızı.
Onların meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lerik rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
17.33
Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğraması nəticəsində yaralananların adları məlum olub.
Qəza zamanı xəsarət alanlar Lənkəran rayonunun Boladi kənd sakinləri: - Səyyadova Səyyad Hacıbala qızı (1959-cu il təvəllüdlü), Kərimova Nazilə Ağəli qızı (1958), Fərəcova Şərafət Ənvər qızı (1959), İbrahimova Əsbət Ağabala qızı (1952), Qurbanova Gülər Məmmədağa qızıdır (1959).
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanaya çatdırılıb.
Qəza zamanı 8 nəfər ölüb. Onların meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lerik rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
16.40
Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğrayıb.
Hadisə Günəşli kəndində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı azı 5 nəfər ölüb, daha 10 nəfər yaralanıb.
Qalereya
Oxşar xəbərlər
Ölmüş körpənin doğum evindən qaçırılması cəhdi ilə bağlı AÇIQLAMALAR - VİDEO
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu 26 günlük uşağın meyitinin ailənin razılığı olmadan xəstəxanadan çıxarılıb qaçırılması anının görüntüləri ilə ba...
