SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxili İşlər Nazirliyi (DİN) Qazaxda 17 yaşlı qızın qaçırılması ilə bağlı açıqlama verib.

BAKU.WS-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə ilə əlaqədar Qazax Rayon Polis Şöbəsinə müraciət daxil olub:

"Hazırda araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək" - deyə DİN rəsmisi bildirib.

Qeyd edək ki, Qazaxda 17 yaşlı qızın qaçırılması barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə özünün Facebook səhifəsində paylaşım edib.

*** 14:10

Qazax rayonunda 17 yaşlı qız qaçırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə özünün feysbuk hesabında paylaşım edib.

O, bildirib ki, yeniyetmə qızın ailəsi iddiasına görə, polis onlara "gedin şirindillə, başlarını tovlayıb qızınızı geri alın" deyib.

Ailənin şikayətində qızın aldadılaraq qaçırıldığı iddia edilir. 

Məsələ barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu barədə Qazax Rayon Polis Şöbəsinə müraciət daxil olub:

“Hazırda araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

BAKU.WS