Bakıda 3 qız YOXA ÇIXDI: anaları axtarır

Bakıda 3 qız itkin düşüb.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisələrdən biri Sabunçu rayonu ərazisində baş verib. Rayon sakini Əliyeva Aydan Elçin qızı avqustun 5-də evdən çıxaraq, naməlum istiqamətdə gedib.
Bu barədə onun anası Y. Mirvilişova rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciətində bildirib.Digər hadisələr Nizami rayonunda olub.
14 yaşlı rayon sakini Allahverdiyeva Şəlalə Niyazi qızı evdən gedərək qayıtmayıb. Bu barədə onun anası M. Həsənova rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinə müraciətində bildirib.
Bundan əlavə, Nizami rayon sakini Darılmaz Kezban Mətin qızı avqustun 16-da rəfiqəsinin evinə getmək adı ilə evdən çıxaraq, bir daha geri qayıtmayıb. Hadisə barədə onun anası İ. Darılmaz 24-cü Polis Şöbəsinə bildirib.
Faktlarla bağlı adları çəkilən şöbə və bölmələrdə araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda bir gündə beş nəfər yoxa çıxdı: İnsanın itkin düşməsi necə təsdiqlənir?
Ötən gün ərzində paytaxtda xidmət aparan Daxili İşlər Nazirliyinin əməkdaşları itkin düşmüş şəxslərlə bağlı beş fakt qeydə alıb. BAKU.WS xəbər verir ki, bu barə...
